Xameneyi ABŞ la razılaşmanı dəstəkləyib

12.06.2026

Ayna saytına istinadən Icma.az xəbər verir.

İranın Ali Rəhbəri Müctəba Xameneyi ABŞ-la razılaşmanı dəstəkləyib. AYNA.AZ bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Oval Ofisdə jurnalistlərə deyib.

Amerika liderinin sözlərinə görə, bu razılaşma hazırda Vaşinqton və Tehran arasında danışıqların son mərhələsindədir.

Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, bildiyi qədəri ilə İran rəhbərliyinin razılaşmaya cavabı müsbətdir: “Başa düşdüyüm qədəri ilə cavab bəlidir”, – deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin razılaşma yekunlaşdıqdan sonra ABŞ-ın İran limanlarının dəniz blokadasını dərhal aradan qaldıracağını açıqlayıb. “Və sonra neft qiymətləri daş kimi düşəcək”, – deyə Amerika lideri bildirib.

Son saatlarda Tramp dəfələrlə İranla razılaşmanın yaxınlaşması barədə danışıb və sənədin əsas müddəalarının artıq razılaşdırıldığını iddia edib. Lakin İran hakimiyyəti hələlik onun açıqlamalarını açıq şəkildə təsdiqləməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью