Xameneyi əfv qərarı qəbul edib

01.09.2026

Icma.az bildirir, Ayna portalına istinadən.

İranın Ali Rəhbəri 2577 məhbusun əfv edilməsini və ya cəzasının yüngülləşdirilməsi müraciətinə müsbət cavab verib

İranın Ali Rəhbəri Seyid Müctəba Xameneyi 2577 məhbusun əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edib. AYNA.AZ xəbər verir ki, bu  barədə Ali Rəhbərin sosial media hesabında məlumat yayılıb.

Qeyd olunub ki, İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsəni Ejei Ali Rəhbərə bu məhbusların əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsi üçün müraciət edib. Ali Rəhbər müraciətə müsbət cavab verib.

Lazımi yoxlamalar aparıldıqdan sonra İran Məhkəmə Hakimiyyətinin rəhbəri əfv və ya cəzasının yüngülləşdirilməsi qərarının tətbiqinə başlamaq əmri verib.

Qeyd edək ki, İranda məhbuslar üçün əfv və amnistiya məsələləri Ali Rəhbərin səlahiyyətlərinə aiddir. İran Məhkəmə Hakimiyyəti əfv olunmaq hüququ olan məhbusların siyahısını tərtib edir və Ali Rəhbərə təqdim edir. Ali Rəhbər müraciəti təsdiqləsə, Məhkəmə Hakimiyyəti müvafiq qərarı icra edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью