Icma.az, Cebheinfo saytına istinadən bildirir.
İranın ali lideri Ayətullah Müctəba Xameneyi müharibə zamanı ölkədəki qadın və qızların rolundan danışıb.
“Cebheinfo.az” “Mehr”-ə istinadən xəbər verir ki, o, bu açıqlamanı 16 oktyabr cümə günü, Məhəmməd Peyğəmbərin nəvəsi Zeynəbin doğum günü qeyd olunan Milli Tibb Bacıları Günü münasibətilə verdiyi açıqlamada deyib.
Xameneyinin sözlərinə görə, qadınlar şəhər və kənd meydanları da daxil olmaqla, ictimai həyatda fəal iştirak edir və müqaviməti dəstəkləməyə əhəmiyyətli töhfələr verirlər. O, İran xalqına əzab vermək istəyən düşmənlərin bu böyük qüvvəyə müqavimət göstərə bilmədiyini vurğulayıb.
Ali rəhbər tibb bacılarının işinə xüsusi diqqət yetirərək onları "mərhəmət mələkləri" və cəmiyyət üçün “ümid mənbəyi” adlandırıb. O qeyd edib ki, onların məsuliyyətləri yalnız müalicə ilə məhdudlaşmır: “Səhiyyə işçiləri, həmçinin xəstələrə psixoloji və emosional əzabların öhdəsindən gəlməyə kömək edirlər”.
İran lideri, həmçinin 12 və daha sonra 40 gün davam edən iki müharibə zamanı tibb bacılarının və digər tibb işçilərinin işini yüksək qiymətləndirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin