Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzainin Moskvaya səfərinin əsas məqsədinin İranın ali rəhbəri Müctəba Xameneinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı xüsusi mesajı çatdırmaq olduğu açıqlanıb.
Turkustan.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS agentliyinə bildirib ki, Rzainin səfərinin əsas məqsədi Xameneinin Putinə ünvanladığı rəsmi mesajı çatdırmaqdır.
Cəlalinin sözlərinə görə, mesajda iki ölkə arasında ikitərəfli və strateji münasibətlərin inkişaf etdirilməsinin, eləcə də Tehran və Moskva arasında yüksək səviyyəli məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Səfir Rzainin səfərinin iki ölkə arasındakı strateji münasibətlər kontekstində qiymətləndirilməli olduğunu bildirib. O, qlobal və regional proseslərin Tehranla Moskva arasında daha sıx koordinasiyaya ehtiyacı artırdığını qeyd edib.
Aytən Yaşar/Turkustan.az