Xameneyi təhdid etdi “Məhv ediləcək”

17.12.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

İsrailin Suriyaya müdaxiləsinin nəticələri ağır olacaq, müqavimət qüvvələri (proksilər – red.) mübarizəni davam etdirəcəklər.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xameneyi deyib.

“Suriyada baş verən hadisələrdən istifadə edən ABŞ, sionist rejim (İsrail) və müttəfiqləri cinayətlərini davam etdirirlər. Dəməşqdə hakimiyyət dəyişikliyini müqavimətin sonu kimi təqdim etməyə çalışırlar. Bu, ən böyük səhvdir. Qəzza zolağı və Livan mübarizəni davam etdirir. İsrail Livandakı “Hizbullah” qüvvələrini mühasirəyə almaq və məhv etmək məqsədilə Suriyanın torpaqlarına hücum edir. Amma məhv ediləcək olan məhz İsrail olacaq”, - İran lideri bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью