Xameneyi Trampın təklifi ilə razılaşmayıb

29.01.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb. Qəzet xatırladır ki, İranın ali lideri bundan əvvəl də Trampın bu təklifinin Tehranın milli müstəqillik prinsiplərini pozduğunu demişdi.
“Biz Amerikaya və digər tərəflərə deyirik: Siz niyə müdaxilə edirsiniz və Tehranın uranı zənginləşdirib- zənginləşdirməməsinə qərar verməyə çalışırsınız? Bunun sizə dəxli yoxdur”, - ayətullah Əli Xameneyi yanvarın 28-də etdiyi çıxışında vurğulayıb.
Tramp: “İran ətrafında vəziyyət dəyişkəndir” İran rəhbərliyi hələlik rəsmi Vaşinqtona cavab verməyib. Qəzetin mənbəsinin sözlərinə görə, təklif barədə imtian gözləyən Vaşinqton bu həftənin sonunda danışıqları davam etdirməyə hazırdır.
İran parlamentinin sədri Mühəmməd-Bager Qalibaf isə “CNN” telekanalına müsahibəsində Vaşinqtonun əslində öz iradəsini Tehrana qəbul etdrimək niyyyətində olduğunu bildirib.
Xatırladaq ki, yanvarın 27-də Amerika lideri Donald Tramp, öz növbəsində, “Axios” portalına müsahibəsində ABŞ-nin Yaxın Şərqə “kütləvi armada” göndərdiyini, Tehranın isə həqiqətən razılığa gəlməkdə maraqlı olduğunu açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью