Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran rəhbəri Əli Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli bildirib ki, Azərbaycan dövləti dəfələrlə İran azərbaycanlılarını öz xalqı kimi təqdim edib və özünü onların himayədarı hesab edir: "Azərbaycan dövlətinin Trampı çox bəlağətli və heyrətamiz şəkildə tərifləməsi İran azərbaycanlılarının ürəyini dağlayıb.
Buna görə də öz xalqını bu şəkildə təhqir edəcəyini gözləmirdik".
İran rəhbəri Əli Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi, Prezident İlham Əliyevin Donald Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bildirməsini narahatlıqla qarşılayıb və bunun "İran azəriləri"ni qəzəbləndirdiyini iddia edib.
Halbuki sosial şəbəkələrdəki şərhlərdən açıq şəkildə görünür ki, Güney Azərbaycanda İlham Əliyevə qarşı geniş rəğbət və hörmət mövcuddur.
Qeyd edək ki, Azərbaycan əleyhinə mütəmadi çıxışları ilə tanınan Ayətullah Həsən Amuli əslən Livanın Cəbəl Amil bölgəsindəndir.
Məsələ ilə bağlı millət vəkili Hikmət Babaoğlu "Cebheinfo.az"-a bildirib ki, heç bir hadisə bir millətin dilinin, mədəniyyətinin və azadlığının əlindən alınması qədər kədərli və ürəkdağlıyan deyil: "Eləcə də, heç bir hadisə bir millətin, bir fərdinin başqa millətin şovinist ideyalarının əlində alətə çevrilərək öz millətinə böhtan atması qədər kədərli və ürəkdağlayan deyil.
Ona görə də bu gün dünyann ən kədərli, ən ürəkdağlayan hadisəsi 60 milyon İran türkünün əsarətdə qalmasıdır.