Xameneyinin dəfn olunduğu ziyarətgah yandı VİDEO

16.07.2026

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün günorta saatlarında İranın mərhum ali lideri Əli Xameneyinin dəfn olunduğu Məşhəd şəhərindəki İmam Rza ziyarətgahı kompleksində yanğın baş verib.
Sitat.info Tasnim-ə istinadən məlumat verir ki, yanğın ziyarətgah ərazisində yerləşən bitum emalatxanasında başlayıb. Hadisə yerinə ziyarətgahın yanğınsöndürmə qüvvələri və Məşhəd Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub və alov qısa müddətdə nəzarət altına alınıb.
Hadisə zamanı ərazidə sıx tüstü müşahidə olunsa da, yanğının digər hissələrə yayılmasının qarşısı alınıb. İlkin məlumata əsasən, xəsarət alan olmayıb.

Səid,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью