Xames ölkəsinə qayıtdı

11.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Kolumbiyalı futbolçu Xames Rodriqesin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Atletiko Nasyonal”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçu ilə anlaşmanın detalları açıqlanmayıb.

Xames karyerası ərzində “Bavariya”, “Real” kimi komandalarda forma geyinib. Onun son klubu ABŞ-də “Minnesota” olub.

Xames Kolumbiya millisində 131 oyunda 31 qol vurub. O, yığmanın kapitanıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью