Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes yaxın günlərdə İspaniyanın “Rayo Valyekano” klubunu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqlar aparır.
Mətbuat iddia edir ki, Rodriqesin baş məşqçi İniqo Pereslə münasibətləri pisdir.
Bu mövsüm 33 yaşlı Xames Rodriges “Rayo Valyekano”nun heyətində cəmi 7 oyun keçirib.
Yarımmüdafiəçi əvvəllər “Monako”, “Real”, “Bavariya” və bir sıra digər klublarda çıxış edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.