Xames üçün İtaliya variantı

15.07.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“San Paulo”nun və Kolumbiya millisinin futbolçusu Xames Rodriqes karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Latsio” 33 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Oyunçunun meneceri Jorje Mendeş romalılarla görüşüb və müştərisinin müqavilə imzalamağa hazır olduğunu bildirib.

Xamesin “San Paulo” ilə müqaviləsi davam edir. O, Braziliya klubu ilə müqaviləsini ləğv etmək və Avropaya qayıtmaq istəyir.

Rodriqeslə İspaniyanın “Selta” və Portuqaliyanın “Portu” klubları da maraqlanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью