525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Son bir neçə ildə ölkədə həm tütün, həm də alkoqollu içkilərin idxalında 10 faizdən yuxarı artım müşahidə olunur"
İqtisadçı ekspert Eyyub Kərimli bu fikri 525.az-a bildirib. Onun sözlərinə görə, idxal isə daxili istehsalın azalmasına səbəb olur:
"Bu məhsulların istehsalı üçün xammalın böyük hissəsi xarici ölkələrdən gətirilir. Nəticədə yerli istehsalın qiyməti daha da yüksəlir. Digər tərəfdən ilbəil tətbiq olunan aksizlər də bu məhsulların qiymətinin bahalaşmasına ciddi təsir göstərir. Əlbəttə, qiymət artımı ilə bağlı tütün istehlakında müəyyən azalma müşahidə edilə bilər, çünki bəzi insanlar elektron siqaretlərə üstünlük verirlər. Gələcəkdə bu istiqamətdə tendensiya davam edəcək. Əgər xammalın daxili istehsalını təmin etməsək, bu sahədə idxaldan asılı qalacağıq".
Sevinc Qarayeva