Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İrana hər hansı təcavüz ABŞ-nın və onun Yaxın Şərqdəki müttəfiqlərinin bütün hərbi infrastrukturunu İslam Respublikasının Silahlı Qüvvələrinin əhatə dairəsinə salacaq.
Reyting.az xəbər verir ki, bunu İranın ali lideri Əli Xamnəinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (İİKK) nümayəndəsi Abdullah Hacı Sadeqi bildirib.
“Bu gün yalnız bir baza deyil, həm də ABŞ-nın və onun regional muzdlularının bütün infrastrukturu əlimizdədir. Silahlı Qüvvələrimiz döyüşə hazırdır və düşmənin hər hansı bir hərəkəti quruda, dənizdə və bölgədəki bütün Amerika bazalarında sarsıdıcı cavabla qarşılanacaq”, - deyə IRNA onun sözlərini sitat gətirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp “nəhəng bir ordu”nun İrana doğru irəlilədiyini bildirmişdi. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan “ədalətli və bərabər” bir razılaşmaya gələcəyinə ümid etdiyini bildirib. Amerika lideri ötən ilin iyun ayında ABŞ-nın İrandakı nüvə obyektlərinə zərbə endirdiyini və bu hücumun çəkic əməliyyatı adlandırıldığını xatırladıb.
Tramp növbəti hücumun daha da pis olacağı barədə xəbərdarlıq edib: “Bunun başlamasına imkan verməyin”.
ELÇİN