Xamneyi: İran xalqına pislik edən hər kəsə ağır şillə vuracaq

21.03.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İranın ali dini lideri Əli Xamneyi ABŞ-a xəbərdarlıq edib ki, İran İran xalqına zərər vuran hər kəsə “ağır şillə” ilə cavab verəcək.

Bizimyol.info xəbər verir ki, Xamenei İranda Yeni ilin 1404-cü ilin ilk günü etdiyi çıxışında deyib.

“Onlar - amerikalılar bilməlidirlər ki, biz münaqişəni heç vaxt başlatmamışıq, lakin İrana zərər verən hər kəsin üzünə sərt sillə vurulacaq”, - deyə Ali Liderin çıxışı rəsmi saytında yayımlanıb.

İranın Ali Rəhbəri Əli Xamenei: “ABŞ və Avropalı siyasətçilər bölgədəki müqavimət quruplarını İranın nəzarətində olan qüvvələr kimi təqdim edirlər. Bu, tamamilə yanlış təbliğatdır. Yəmən xalqının regionda baş verən hadisələrə öz mövqeyi var. Bölgədəki müqavimət qüvvələrinin tərkibində olan ölkələrin də öz yanaşması var. İranın belə bir qüvvəni himayə etməyə, nəzarətdə saxlamağa ehtiyacı yoxdur", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью