Icma.az bildirir, Bizimyol portalına istinadən.
İranın ali dini lideri Əli Xamneyi İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın keçən həftə dərc etdiyi və Tehran liderinə ünvanladığı açıq məktubuna cavab verib və məktubu “psixoloji təsir əməliyyatı” adlandırıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bizimyol.info xəbər verir ki, Xamneyi rəsmi internet saytında özünəməxsus açıq məktubla cavab verib və bildirib ki, “Qalantin kəşfiyyat məlumatları və İran üzərində hərbi üstünlük iddiaları absurddur”.
Qeyd edək ki, keçmiş müdafiə naziri Yoav Qalant ötən həftə İranın ali dini lideri Əli Xamneyiyə məktub göndərərək, İsrailin Tehrana qarşı müharibədə əldə etdiyi nailiyyətləri qeyd edərək, “sionist varlığın” İslam Respublikasının onilliklər boyu davam edən strategiyasını məhv etdiyini iddia edib. "2025-ci ilin iyununda baş verənlər sadəcə hərbi kampaniya deyil, bu, sizin qırx il ərzində qurduğunuz sistemin strateji çöküşü idi", - deyə Qalant Xamneyiyə yazıb.
Bizimyol.info