Xamneyinin müşaviri: İŞİDi ABŞ yaradıb

20.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ İŞİD-i Suriya və İraqda sabitliyi pozmaq üçün yaradıb.

Bunu İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranda Suriyanın xarici işlər naziri Bassam Sabbahla görüşündə deyib.

O bildirib ki, İŞİD kimi təhdidlərə qarşı birgə mübarizə aparılmalıdır:

“Müqavimət cəbhəsi daha da gücləndirilməlidir. Başqa yol yoxdur”.

Ə.Ə.Vilayəti, həmçinin söyləyib ki, İranla Suriya arasında strateji əlaqələrin güclənməsi həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyətlidir.

Suriyalı nazir isə öz növbəsində Tehran və Dəməşq arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər həmçinin davam edən böhranların həlli və regionda sülh və sabitliyin təşviqi üçün ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью