Xamneyinin oğlunun xaricdə mülkləri aşkarlandı FOTOLAR

05.02.2026

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

“Bloomberg”in materiallarına görə, Möctəba Xamneyi Londonda, Dubayda, eləcə də bir neçə Avropa ölkəsində qiyməti on milyonlarla dollarla ölçülən dəbdəbəli villalara malikdir. Bu əmlak saxta şirkətlərin vasitəsilə biznesmen Əli Ənsarinin adına sənədləşdirilib. Həmin şirkətlərdən biri “Birch Ventures” adlı qurumdur.
Əli Ənsari
Hazırda Ənsari İranın ən böyük oliqarxlarından hesab olunub. Onun vasitəsilə Möctəba həm ölkədə, həm də xaricdə müxtəlif qurumların səhm zərfini alıb və faktiki idarə edir.
Araşdırmada deyilir ki, xarici investisiyalara yönəldilən vəsait əsasən İran neftinin satışından əldə edilib.
London, “The Bishops Avenue” ünvanındakı mülkün sahibi kimi “Birch Ventures” adlı şirkət göstərilir
Möctəba Xamneyi İranın siyasi sistemində vacib fiqurlardan biridir. İİKK (İslam İnqilabının Keşikçiləri Korpusu) ilə sıx əlaqələri olan bu şəxs 86 yaşlı Ayətullah Xamneyinin potensial varisi sayılır.
London, “Arden Court Gardens” ünvanındakı mülkün sahibi kimi həm Əli Ənsari, həm də “Birch Ventures” adlı şirkət göstərilir
Almaniya, “The Hilton Frankfurt Gravenbruch” hoteli
“Bloomberg” diqqəti həm də belə bir məqama yönəldir ki, Qərb dövlətlərinin İrana qarşı uzunmüddətli sərt sanksiyalarına baxmayaraq, hakim elita pullarını kənara çıxarmağı, hətta yatırım kimi müxtəlif layihələrə yönəltməyi bacarıb.
Tariyel Həsənov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью