Xamneyinin Putinə mesajını dünyaya siqnaldır Əraqçi

18.04.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın ali dini lideri Əli Xamneyinin Rusiya prezidenti Vladimir Putinə mesajı Tehranın Moskvanı özünün strateji tərəfdaşı hesab etdiyinə dair dünyaya bir siqnaldır.

Bizimyol.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Moskvada keçirilən Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

“Biz Ali Liderimizin mesajını Rusiya Federasiyasının Prezidentinə çatdırdıq. Bu mesaj əslində təkcə Vladimir Putinə deyil, həm də bütün dünyaya İranın Rusiyanı özünün strateji tərəfdaşı və mühüm qonşusu hesab etdiyinə dair siqnal rolunu oynayır”, - deyə İran İslam Respublikasının xarici işlər naziri bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью