Xan Yunisdə şübhəli hadisə: İsrail ordusu öncə xəbərdarlıq etdi, sonra atəş açdı KONKRET

03.03.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis sahillərində üzən şübhəli motorlu gəmiyə atəş açıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb:

“Xan Yunis sahillərində təhlükəsizlik zonasını pozan və problem yaradan şübhəli motorlu gəmi İsrail ordusunun hücumuna məruz qalıb. Şübhəliləri ərazidən uzaqlaşdırmaq üçün xəbərdarlıq atəşi açılıb”, – məlumatda vurğulanıb.

Vəli Həsənoğlu,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью