Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ermənistan və Azərbaycan arasında mövcud proseslər potensial eskalasiya risklərini əhəmiyyətli dərəcədə azaldır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına istinadla deyib.
Komitə rəhbəri bildirib ki, hesabat Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə mühüm hadisələrin baş verdiyi bütün 2025-ci ili əhatə edir: “Keçən il Ermənistan və Azərbaycan arasında nəzərə alınmalı olan inkişaflar baş verdi.
Bu proseslər təhlükə və risklərin, xüsusən də hərbi baxımdan əhəmiyyətli dərəcədə azaldığını göstərir.
Ermənistan və Azərbaycan sülh müqaviləsini paraflayıb, ticarətə başlayıb və sairə”.
Xandanyanın sözlərinə görə, kəşfiyyat xidmətinin 2026-cı il üçün hesabatı daha nikbin olacaq.(Teleqraf) "Cebheinfo.az" Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.