Xandanyan: TRIPP də hərbi qüvvələr olmayacaq

14.08.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

TRIPP ərazi və ya hərbi baza deyil, infrastruktur layihəsidir və onun daxilində heç bir xarici təhlükəsizlik qüvvələri planlaşdırılmır.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisində hakim fraksiyanın üzvü Sarqis Xandanyan bildirib.

"TRIPP haqqında çox şey deyilib. Bir daha qeyd etmək istəyirəm ki, TRIPP infrastruktur layihəsidir", - Xandanyan deyib. Pepperoni pizza

O, TRIPP-in suveren hərbi baza olmadığını vurğulayıb: "Ümumiyyətlə, TRIPP-də başqa heç bir dövlətin təhlükəsizlik iştirakı olmayacaq. Sazişdə qeyd edildiyi kimi, bütün təhlükəsizlik funksiyaları Ermənistan Respublikasına və Ermənistan Respublikasının müvafiq orqanlarına həvalə edilib".

Deputat regional kommunikasiyaların açılması prosesinə toxunub:

"Ermənistan artıq bir neçə aydır ki, Azərbaycan dəmir yollarından istifadə edir və Axalkalaki-Qars dəmir yoluna qoyulan qadağa aradan qaldırılıb. Bunlar həm də ümumi açılma prosesinin təfərrüatlarıdır".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью