Xanəndə vəfat etdi

22.11.2024

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Tanınmış xanəndə Ramiz Bəşirov vəfat edib.

Sitat.info xəbər verir ki, muğam ifaçısı uzunsürən xəstəlik səbəbindən bu gün dünyasını dəyişib.

Qeyd edək ki, R.Bəşirov Ağdam musiqi məktəbinin yetirməsi olub. O, uzun müddət Xocalı musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.

Xanəndə Qarabağ bölgəsində, eləcə də ətraf rayonlarda el sənətkarı kimi tanınıb.

Mərhum Ağdamda dəfn olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью