Xanəndələr bizim kimi müğənnilərdən daha şanslıdır Vəfa

17.04.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Heç bir muğam ifaçısının şəxsi həyatı bizimki qədər araşdırılmır".

AZXEBER.COM xəbər verir ki, bu fikirləri müğənni Vəfa Şərifova "Xəzər TV"də "İncə səhər" verilişində səsləndirib.

Sənətçi muğam ifaçılarını şanslı hesab etdiyini dilə gətirib:

"Muğam ifaçılarının ailələri heç vaxt sosiallaşdırılmır. Tamaşaçı da sanki belə öyrəşib. Onlar haqda heç bir şeylə maraqlanmırlar, axdarıb-araşdırmırlar. Amma biz nə qədər özəl həyatımızı gizlətsək də, o həmişə jurnalistlərə də, tamaşaçıya da maraqlı gəlir. Bizi gündəmə gətirmək üçün can atırlar. Ona görədə xanəndələr bu məsələdə bizdən daha şanslıdırlar, bəxtləri gətirib. Onlar verilişlərdə istədikləri kimi danışa da bilirlər".

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью