Xanım Baydenin keçmiş əri arvadını öldürdü

04.02.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ-ın keçmiş prezidenti Co Baydenin xanımı Cill Baydenin birinci həyat yoldaşı saxlanılıb.

Globalinfo.az xəbər verir ki, o, hazırkı həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir.

77 yaşlı Uilyam Stivenson nəzarətə alınıb və onun girov pulu 500.000 dollar olaraq müəyyən edilib.

Qətlin təfərrüatları hazırda məlum deyil. Dekabr ayında polis məişət zorakılığı barədə məlumat aldıqdan sonra Stivensonların evinə gedib. Bu zaman Uilyamın həyat yoldaşı Linda huşsuz vəziyyətdə tapılıb. Təcili tibbi yardım qadını xilas etməyə çalışsa da, bu, mümkün olmayıb. 

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью