Xanım nazirin ayaqlarını İran televiziyasında RƏNGLƏDİLƏR

29.09.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın televiziya kanalı BMT Baş Assambleyası çərçivəsində xarici işlər naziri Abbas Əraqçi ilə Finlandiya xarici işlər naziri Elina Valtonen görüşünü namayiş etdirərkən xanım nazirin ayaqlarını “bulanıq” edib. 

Bu, Finlandiyada böyük səs-küyə səbəb olub.

“Cebheinfo.az” “İltalehti”-yə istinadən xəbər verir ki, BMT Baş Assambleyası çərçivəsində Elina Valtonen İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. İranın dövlət televiziyası IRIB bu görüntüləri yayımlayıb və Finlandiya Xarici İşlər Nazirinin ayağını tam örtməyən standart “kot-dres” geyindiyinə görə onu qismən bulanıq verib. Görüntülərdən görünür ki, eyni şey İran nümayəndə heyəti ilə görüşən bütün qadınlara da edilib.

Sosial mediadakı etirazlardan sonra Elina Valtonen bunun İranda qadınların statusunun “acınacaqlı bir nümunəsi” olduğunu qeyd edib.

Kiminlə görüşməyimdən asılı olaraq paltarımı dəyişmirəm. Mənim yanaşmam ondan ibarətdir ki, məndən saçımı və ya üzümü örtməyi tələb etdikləri görüşlərə qatılmayacağam”,- o, “Helsingin Sanomat”-a şərhində deyib. Bir çox sosial media istifadəçisi hadisəyə reaksiya verərək Valtonen və ölkənin siyasi xadimlərinə dəstək ifadə edib.

"Elina Valtonen deyir ki, o, kiminlə görüşdüyündən asılı olaraq geyimini tənzimləmir və o, saçını və ya üzünü örtməyə razı olmayacaq. Bu, düz mövqedir. Finlandiyalı qadın nazir məhz belə işləməlidir. Əgər islam sizdən bir yerdə bunu tələb edirsə, sadəcə olaraq, getməməlisiniz", - sağçı partiyanın rəhbəri Riika Purra deyib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью