Xanım piyada ağır qəzadan möcüzə nəticəsində xilas oldu VİDEO

25.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yolun hərəkət hissəsi ilə hərəkət edən xanım piyada ağır yol qəzasından möcüzəvi şəkildə sağ qalıb.
Avtosfer.az xəbər verir ki, Braziliyanın Braco do Norte şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Kadrlarda xanım piyadanın yolun hərəkət hissəsi ilə getdiyi və bu zaman idarəetmədən çıxan “Pikap”ın park edilmiş “Honda” markalı maşınla toqquşduğu görülür.
Videoda hadisə zamanı xanım piyadanın qəzadan xəsarət almadan qurtulduğu və zərbənin təsirindən “Pikap”ın aşdığı da əks olunub.
Yerli medianın məlumatına görə, qəza nəticəsində “Pikap”ın sürücüsü yüngül xəsarətlər alıb.
Avtosfer.az sözügedən hadisənin görüntülərini təqdim edir:

Namiq Musayev
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью