Xanım prokurorlara yeni vəzifə verildi

20.02.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər evrir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.

S.Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.

Digər müfaviq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

Fotoda: Suad Qəhrəmanova 

Fotoda: Pərvin Bağırova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью