Xanım Sadıqovaya yüksək vəzifə verildi

13.11.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Referans Medical Group”da yeni təyinat baş tutub.

Xanım Sadıqova “Referans Medical Group”da Brend və kreativlik departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

O, bundan əvvəl, 2025-ci ilin noyabrından 2026-cı ilin noyabrınadək “Referans Medical Group”da rəqəmsal marketinq meneceri olub. İnternet mağaza

O, 2024-cü ilin avqustundan 2025-ci ilin martınadək ABŞ-nin San-Fransisko Körfəz Universitetində əməliyyatlar üzrə mütəxəssis kimi fəaliyyət göstərib.

X.Sadıqova 2022-ci ilin aprelindən 2024-cü ilin yanvarınadək “iBoxApp” şirkətində rəqəmsal marketinq mütəxəssisi, 2023-cü ilin yanvarından sentyabrınadək isə sərbəst əsaslarla “ZADE Tech&Design” şirkətində eyni vəzifədə çalışıb.

O, 2021-ci ilin sentyabrından 2022-ci ilin aprelinədək “Youth Inc.” şirkətində marketinq və ictimaiyyətlə əlaqələr üzrə menecer, 2020-ci ilin mayından sentyabrınadək isə “Enactus” təşkilatının Bakı Dövlət Universiteti üzrə marketinq meneceri olub./Yurd.Media/


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью