Xanım səfir Biləsuvarda pambıq yığdı FOTO

21.10.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əlcəzair səfiri Biləsuvarda pambıq yığımına qatılıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğıl Biləsuvar rayonunda pambıq yığımına qatılıb.

Bütün pambıqçı qadınlar kimi önlük geyinərək sahəyə daxil olan xanım səfir yerli pambıqçı qadınlara öz dəstəyini nümayiş etdirib. Səfir bildirib ki, bu, onun rayona ilk səfəridir və Biləsuvarın təbiəti, kənd təsərrüfatı və pambıqçılıq ənənələri onda xoş təəssürat yaradıb.

“Bu rayona ilk dəfə səfər edirəm. Rayonun gözəllikləri məni çox təsirləndirdi. Həmişə bu yer haqqında eşidirdim, buraya gəlmək mənim arzum idi və bu arzum gerçəkləşdi. Sözün düzü, ilk dəfədir pambıq yığırdım. Bu, çox möhtəşəmdir və mən bunu həqiqətən çox sevdim” – deyə xanım səfir bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью