Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Afaziya diaqnozu qoyulduğu üçün karyerasını bitirən aktyor Brüs Uillisin xanımı Emma Hemminqin 50 yaşı tamam olub.
Axşam.az xəbər verir ki, bu münasibətlə xanımı 71 yaşlı aktyorun son görüntülərini sosial media hesabında yayımlayıb.
"Bu gün 50 yaşım tamam olur. Və deməliyəm ki, bu yeni onilliyə və onun gətirdiyi hər şeyə hazıram. 40 yaşlarım çətin keçdi, amma həyat yoldaşı, ana və vəkil kimi nə qədər irəlilədiyimlə fəxr edirəm" deyə, Emma paylaşımında yazıb.