Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əməkdar artist Rəşad Haşımovun həyat yoldaşı, Əməkdar artist Lamiyə Kərimova onunla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, o, toy fotolarını sosial şəbəkədə yayımlayıb.
Lamiyyə şəklə "Çox istəyirəm ki, burada qalsın, elə olduğu kimi, olduğu qədər. İllərlə bir-birini qoruyub, olduğu kimi qəbul edən iki musiqiçi" sözlərini yazıb.
Qeyd edək ki, bu, R.Haşımovun ikinci evliliyidir. Lamiyyə onun rəhbərlik etdiyi qrupun solistidir. Rəşad Haşımovun ilk nikahından iki övladı var.