Icma.az, GlobalInfo saytına istinadən bildirir. Göygöl Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirən 35 yaşlı Nuranə Cəbrayılova
Globalinfo.az bildirir ki, “Qafqazinfo”ya açıqlama verən F. Cəbrayılov həyat yoldaşını xəstəxanaya sağlam şəkildə apardığını deyib.
“Hamiləlik dövründə mütəmadi həkim yoxlanışından keçirmişik. Heç bir problem aşkar olunmayıb.
Vaxtı tamam olub xəstəxanaya aparılanda da ulltrasəs müayinəsi etdilər. Uşaq 3 kq-dan artıq olub.
Həkim bizə ana və uşağın sağlam olduğunu, problem olmadığını dedi.
Doğuş şöbəsinə aparılarkən Afət adlı həkim də hər şeyin normal getdiyini söylədi. Yoldaşım, hətta məndən yemək almağımı istədi.
Mən yemək alıb qayıdanda Afət həkim yenidən qabağıma çıxıb dedi ki, “yoldaşının özündən getməsi varmı?” Mən də dedim, xeyr.
Həkimlər mənə öldüyünü demədilər. Özüm məcburən qapını açdım və gördüm ki, yoldaşımın ağzında süni nəfəs aparatı var və o artıq dünyasını də