Demokrat.az saytına istinadən Icma.az xəbər verir. Türkiyədə son günlər baş verən siyasi proseslər fonunda tanınmış xəbər aparıcılarının möv
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, əsas müzakirə mövzusu ər-arvad olan aparıcılar Ece Üner və Deniz Bayramoğludur.
Belə ki, “Halk” TV-də aparıcılıq edən E.Ünerlə “Kanal D”də efirə çıxan D.Bayramoğlu iki fərqli mövqedədirlər.
Xanım aparıcının çalışdığı media qurumunda AKP-ni sərt ifadələrlə tənqid etməsi, həyat yoldaşı D.
Bayramoğlunun isə digər kanalda iqtidarın siyasi kursunu dəstəkləməsi birmənalı qarşılanmır.
Türkiyəli köşə yazarı və televiziya şərhçisi Rasim Ozan Kütahyalı da bir müddət əvvəl sosial şəbəkə hesabında sözügedən cütlüklə bağlı paylaşım edib.
O, aparıcıların hər ikisinin siyasi görüşlərinin əslində eyni olduğunu, ikili oyun oynayaraq xalqı aldatdıqlarını düşünür: “Deniz Bayramoğlu “Kanal D”də Ərdoğanın təbliğatını aparır.
Ece Üner “Halk” TV-də Ərdoğan əleyhinə təbliğat aparır.Ancaq bir müddət əvvəl Ece Üner də hökumətin “TV100” kanalında mövcud hakimiyyətin təbliğatını aparırdı.