Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur cütlük Devid və Viktoriya Bekhemin oğlu Bruklin Bekhem həyat yoldaşı Nikola Pelts ötən gün mükafatlandırma gecəsinə qatılıb.
Axşam.az xəbər verir ki, cütlük qırmızı xalçada kameralara romantik poz verib.
Qeyd edək ki, Bekhemlər ailəsi sonuncu dəfə Bruklin və Nikola ilə birlikdə 2024-cü ilin Milad bayramında görüntülənib. Xarici KİV-in yazdığına görə, Bruklin bu ilin əvvəlində valideynlərini tənqid edərək, uşaqlıqdan təzyiq gördüyünü bildirib. O, həmçinin anası Viktoriya Bekhemi həyat yoldaşı Nikola Peltsə qarşı qərəzli davranmaqda və toylarını pozmağa çalışmaqda ittiham edib.