Xanımından Elvinə ad günü təbriki Video

23.03.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Müğənni Elvin Abdullayevin ad günü olub. 

Axşam.az xəbər verir ki, sənətçi 38 yaşını qeyd edib. Elvin bununla bağlı paylaşımına "Həyatımın ən şanslı rəqəmi - 38, xoş gəldin" sözlərini yazıb.

Həyat yoldaşı Afət Abdullayeva isə Elvini "Ad günün mübarək, eşqim. Bir yerdə neçə illəri geridə qoyduq: qayğılı günlərimiz də oldu, gülüş dolu anlarımız da. Amma hər zaman bir-birimizin yanında olduq, çiyin-çiyinə, ürək-ürəyə. Səninlə həyat daha gözəl, daha mənalıdır. Arzu edirəm ki, qarşına çıxan hər şey səni sevindirsin, həyat sənə həmişə gülümsəsin. Sağlam, uğurlu və həmişə xoşbəxt ol" sözləri ilə təbrik edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью