Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Aktrisa Nikola Peltz-Bekhem “Kinéo Awards” mükafatının “Yüksələn ulduz” nominasiyasında qalib olub.
OLAY yazır ki, mükafatlandırma mərasimi sentyabrın 5-də Venesiyada, 83-cü “Venesiya Film Festivalı” çərçivəsində keçirilib. Aktrisaya bu mükafat kino sahəsindəki fəaliyyətinə, o cümlədən tammetrajlı rejissor debütü olan “Lola” filminə görə təqdim edilib.
Həyat yoldaşına dəstək olmaq üçün Bruklin Bekhem də mərasimə gəlib. Nikola qırmızı xalçada bel və qarın nahiyəsi açıq, diqqətçəkən bənövşəyi libasla görünüb. Aktrisanın saçları hamar şəkildə yığılaraq hündür at quyruğu formasında düzəldilib. Stilistlər makiyajda nude tonlara üstünlük veriblər və nəticədə onun obrazı olduqca harmonik alınıb.
Bruklin isə klassik qara smokinq, kəpənək qalstuk və eynək seçib.