Xanımlar üçün biletlər yenə pulsuz olacaq “Qarabağ”dan açıqlama

14.04.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Aprelin 18-də “Qarabağ – “Sabah” arasında keçirilən oyunda xanım azarkeşlər üçün stadiona giriş pulsuz olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qarabağ” klubu rəsmi sosial şəbəkə səhifələrində məlumat verib.
“Premyer Liqanın XXVIII turu çərçivəsində “Sabah”la keçiriləcək ev oyunumuzda komandamızı dəstəkləmək istəyən xanım azarkeşlərimiz üçün giriş tamamilə pulsuzdur”, - deyə klubdan bildirilib.
Qeyd edək ki, “Qarabağ - “Sabah” oyunu saat  19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью