Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu deputat Könül Nurullayeva Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deyib.
O, həmçinin qadınların da idmana daha geniş formada cəlb edilməsini vacib sayır.
“Xanımlarımızın idmanda yeri digər cinsin nümayəndələri ilə müqayisədə azdır. Xanımlarımızın idmana cəlb edilməsi, fiziki fəallığın artırılması və bərabər imkanların yaradılması çox yaxşı olardı”,- o qeyd edib.
Deputat onu da bildirib ki, əsas aktual olan məsələlərdən biri də gənclərin informasiya və media savadlılığının artırılmasıdır:
“Gənclərin sosial şəbəkələrdən məsuliyyətli istifadəsi və etibarlı informasiya mənbələrinə müraciət etməsi aktual məsələlərdən biridir və diqqətdə saxlanılmalıdır”.
Mürtəza