Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə dərslərə başlanıldı FOTO

23.01.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində görülən işlər davam etdirilir.
Bu çərçivədə ilk dəfə olaraq Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndində və Xocalı rayonunun Ballıca kəndində yerləşən məktəbəqədər təhsil müəssisələrində tədris prosesinə başlanılıb.
 

Eyni zamanda, Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər ilk dəfə olaraq bərpa edilib və şagirdlər müasir təhsil şəraitində tədrisə cəlb olunublar.


Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məhsimli təhsil müəssisələrinə baxış keçirib, yaradılan şəraitlə tanış olub və dərs prosesini izləyib.
O, müəllim və şagirdlərlə görüşərək onlara uğurlar arzulayıb, bölgədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, azad edilmiş ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması bölgəyə qayıdan əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verir.







Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью