Xankəndi, Ağdərə və Xocalıda nə qədər ərazi minalardan təmizlənib?

19.05.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Xankəndi, Ağdərə və Xocalıda nə qədər ərazinin minalardan və partlamamış sursatlardan təmizləndiyi açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Xankəndidə 1456, Ağdərədə 10 359, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью