Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Küçələdə nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.