Xankəndi başda olmaqla, digər ərazilərdə də işlər davam edəcək Fuat Oktay

07.12.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağda aparılan quruculuq işləri ilə bağlı ilk gündən Azərbaycanla birlikdə çalışırıq. Həm hökumət, həm də özəl sektor olaraq Azərbaycanın yanındayıq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, antiterror əməliyyatlarından sonra da işlər sürətlənib:

"Xankəndi başda olmaqla, digər ərazilərdə də işlər davam edəcək. Yeni layihələr olacaq. Bundan başqa, təkcə Qarabağda deyil, Azərbaycanın digər bölgələrində də işlər görüləcək. Hər iki dövlətin enerji məsələsində son dərəcədə ortaq layihələri var. Bu, daha da inkişaf edəcək"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью