Xankəndi Cavadova əvəzləyici tapdı

06.07.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Növbəti mövsümdən 1-ci Liqada çıxış  edəcək "Xankəndi"nin məşqçi korpusunda yeni təyinat olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Zaur Hacıyev özünə yeni köməkçi götürüb.

Ötən mövsümün gedişində "Zirə"nin U-19 komandasından ayrılan Seymur Şəbiyev 
"Xankəndi"də çalışacaq.

Qeyd edək ki, son mövsümdə Zaur Hacıyevin əsas köməkçisi Ceyhun Cavadov olub. O, mövsümün sonunda Qarabağ təmsilçisindən ayrılıb. Cavadov 2-ci Liqanın debütantı "Marafon"a baş məşqçi təyin olunub. 

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью