futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan II Liqasında 2025/26 mövsümünün qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, sonuncu – XXVII turda “Şəmkir”ə qalib gələn (1:0) “Xankəndi” çempionluğunu elan edib. Komanda 27 turdan sonra 76 xalla mövsümü birinci sırada bitirib.
“Xankəndi” yeni “futbol ili”ndə I Liqada mübarizə aparacaq. Turnir cədvəlinin ikincisi “Qaradağ Lökbatan” isə I Liqanın 9-cusu ilə pley-off oynayacaq.