Xankəndi doğma şəhərə nə vaxt qayıdacaq?

23.09.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Xankəndi" futbol klubu bu ildən etibarən ev oyunlarını Xankəndi şəhərində keçirməyə hazırlaşır.

Bu barədə Qaynarinfo-ya klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.

Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Klubun Xankəndidə ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью