“Xankəndi” futbol klubu doğma şəhərinə qayıdır

30.07.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Xankəndi” Futbol Klubu ev oyunlarını bundan sonra Xankəndi Şəhər Stadionunda keçirəcək.

İdman.Biz bildirir ki, bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.

Bu qərar klubun inkişafında mühüm mərhələ olmaqla yanaşı, Xankəndidə idman həyatının daha da canlanmasına töhfə verəcək. Doğma stadionda keçiriləcək oyunlar həm azarkeşlər, həm də şəhər sakinləri üçün futbol bayramına çevriləcək.

İnanırıq ki, yaxın zamanda Xankəndi Şəhər Stadionunun tribunaları yenidən futbolsevərlərlə dolacaq, şəhərdə futbol ənənələri daha da güclənəcək və “Xankəndi” Futbol Klubu öz azarkeşləri ilə birlikdə yeni uğurlara imza atacaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью