“Xankəndi” klubu ilə bağlı gözlənilən xəbər: Klub Xankəndiyə qayıdır

23.09.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu barədə Ölkə.az-a klubun mətbuat katibi Günel Abbas məlumat verib. 

Onun sözlərinə görə, hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. 

Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.

Təmir işləri yekunlaşdıqdan sonra Xankəndi şəhər stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.

Klubun Xankəndidə ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью