“Xankəndi“ klubu “Qarabağ“ın sabiq qapıçısını heyətinə qatdı

28.01.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Azərbaycanın II Liqada çıxış edən "Xankəndi" futbol klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, son klubu "Sheki City" FK olan Qurban Məhərrəmovla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı qapıçı daha əvvəl "Qarabağ"ın əvəzedici komandasında çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью