Xankəndi klubunun baş məşqçisi: Komandamızda əsasən futzalda və çimərlik futbolunda çıxış …
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Komandamızda əsasən futzal çempionatında və çimərlik futbolunda çıxış edən oyunçular yer alıb.
Bunu "Report"a açıqlamasında yeni yaradılmış "Xankəndi" klubunun baş məşqçisi İbrahim Uzunca deyib.
O, AFFA Region Liqasında debüt edəcək komandanın hazırlığı barədə məlumat verib: "Çempionatın başlamsını səbirsizliklə gözləyirik.
Region Liqasının startı bir az gecikdi. "Xankəndi" komandasında hər şey yolundadır. İndiki vəziyyətdə yoxlama görüşləri keçiririk.
Təxminən 6-7 yoldaşlıq matçına çıxdıq. Bütün qarşılaşmaları qələbə ilə başa vurduq. Sadəcə, I Liqa təmsilçisi "Karvan"la bərabərə qaldıq.
Komandamızda əsasən futzal çempionatında və çimərlik futbolunda çıxış edən oyunçular yer alıb.
Heyətdə minifutbolda mübarizə aparan oyunçular da var ki, hazırlıqla bağlı planlarımızı onların qrafiklərinə uyğun qururuq".
Tam oxu
Xəbəri oxu