Xankəndi nin baş məşqçisi: II Liqanın qalibi olmağı hədəfləmişik | Icma.az
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın II Liqasının debütantı "Xankəndi" ölkə çempionatının qalibi olmağı hədəfləyib.
Bu barədə "Report"a açıqlamasında komandanın baş məşqçisi İbrahim Uzunca bildirib.
Ötən gün klubla müqaviləsinin müddətini uzadan türkiyəli mütəxəssis yaxşı komanda formalaşdırdıqlarını söyləyib: "Müqaviləmin müddətinin uzadılmasına görə xoşbəxtəm.
Çünki qarşıda böyük hədəflər var. Ötən il Region Liqasının qalibi olduq.
Cari mövsümdə isə II Liqada bunun davamını gətirmək, çempion olmaq istəyirik. I Liqaya yüksələ biləcək səviyyədə komanda formalaşdırmışıq.
Uşaqlara, öz gücümüzə inanırıq. Yaxşı olduğumuz müddətdə özümüzə ancaq özümüzü rəqib görürük. Həmçinin digər rəqiblərə hörmət edirik.
Hər biri ilə meydanda ciddi mübarizə aparacağıq və bunun üçün yetərli gücümüz var".
Tam oxu
Xəbəri oxu